RU

Rusiya Kiyevi vurdu – Ölənlər var


İyunun 17-nə keçən gecə Rusiya ordusu Kiyevə iri raket və pilotsuz təyyarələrlə genişmiqyaslı zərbələr endirib.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, yaşayış binasının vurulması nəticəsində 14 nəfər həlak olub, daha 60 nəfər isə yaralanıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Kiyevdə ən azı 27 yerə zərbələr endirilib. Paytaxtın ən azı 12 rayonunda dağıntılar qeydə alınıb.
Ukrayna paytaxtının meri Vitali Kliçko isə hücum nəticəsində 40-dan çox mənzilin dağıdıldığını bildirib.
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə Rusiya ordusunun Kiyevə və onun ətrafına 175 pilotsuz təyyarə, 14-dən çox qanadlı raket, o cümlədən ən azı iki ballistik raket atdığını qeyd edib.
Избранный
19
2
yeniavaz.com

10Источники