RU

İsrail İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini məhv etdi – Tehranın mərkəzinə zərbə

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Tehranın mərkəzində yerləşən hərbi qərargaha hava zərbəsi endirərək İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmanini məhv ediblər.

Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusu – TsAXAL rəsmi açıqlama yayıb.

Məlumata görə, əməliyyat İsrailin kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib. Əli Şadmani İran ordusunda və İnqilab Keşikçiləri Korpusunda yüksək vəzifə tutan, həmçinin ölkə lideri Ayətullah Əli Xameneyiyə ən yaxın şəxslərdən biri hesab olunurdu.

TsAXAL-ın açıqlamasında qeyd olunub ki, Şadmani son günlərdə – onun sələfi, general Əlam Əli Rəşidin “Am KeLavi” əməliyyatı zamanı öldürülməsindən sonra bu vəzifəyə təyin edilmişdi:
“Şadmani müxtəlif funksiyaları yerinə yetirərək İranın İsrailə qarşı hücum planlarına birbaşa təsir göstərirdi”, – deyə İsrail ordusundan bildirilib.

Hazırda bölgədə vəziyyət daha da gərginləşib və müharibənin genişlənməsi təhlükəsi artır.


Musavat.com

Избранный
13
2
musavat.com

3Источники