Bakı. Trend:
“McDonald’s Azərbaycan” şirkəti yerli istehsal olan halal malətindən tam istifadəyə keçdiyini elan edib.
Artıq bütün restoranlarda ətli burgerlərin hazırlanmasındayalnız Azərbaycanda istehsal olunmuş, beynəlxalq keyfiyyət və qidatəhlükəsizliyi tələblərinə tam uyğun olan mal ətindən istifadəolunur.
Tədarükləri “AzProtein Foods Group” şirkəti həyata keçirir.Şirkətin Buzovna qəsəbəsində yerləşən zavodunun ərazisində qabaqcıltexnologiyalarla təchiz olunmuş və “McDonald’s”ın beynəlxalqstandartlarına uyğun şəkildə layihələndirilmiş ixtisaslaşmışkompleks inşa edilib. Lokallaşma prosesində həm yerli, həm dəbeynəlxalq ekspertlər iştirak ediblər ki, bu da layihənin bütünmərhələlərində yüksək keyfiyyətə nəzarəti təmin edir.
Burgerlərin tərkibi isə əvvəlki kimi dəyişməz olaraq qalır:yalnız 100% mal əti istifadə olunur, heç bir əlavə qatqı yoxdur -restoranda yalnız duz və istiot əlavə edilir.
Heyvanlar ölkə ərazisində optimal şəraitdə saxlanılır, yalnıztəbii yemlər əsasında balanslaşdırılmış qidalanma ilə təminolunurlar və daim baytar nəzarətində olurlar.
İstehsal proseslərinin “Halal” standartlarına uyğunluğu “AzeSERTHALAL” sertifikatlaşdırma qurumu tərəfindən AzərbaycanRespublikasının qanunvericiliyi və beynəlxalq tələblər əsasındarəsmi şəkildə təsdiq olunub. İstehsalın bütün mərhələlərinə xüsusitəlim keçmiş işçi heyəti nəzarət edir və proseslər ciddi şəkildəmüəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.
İstehsal və logistika - məhsulun daşınması və saxlanması zamanıtemperatur rejimi də daxil olmaqla - ixtisaslaşmış mütəxəssislərtərəfindən daim nəzarətdə saxlanılır. Məhsul həmçinin müstəqillaboratoriya analizlərindən keçirilir və Almaniyada yerləşən“McDonald’s”ın Avropa keyfiyyət mərkəzində test edilir.
Ət tədarükünün lokallaşdırılması “McDonald’s Azərbaycan”şirkətinin ölkədaxili dayanıqlı təchizat zəncirlərinin inkişafınayönəlmiş strategiyasında mühüm mərhələdir. Şirkət bundan əvvəl südməhsulları, tərəvəz və sous tədarükünün də lokallaşdırılmasınıhəyata keçirmişdi. Mal ətinin lokallaşdırılması təşəbbüsü isəyalnız daxili bazar üçün deyil, eyni zamanda qonşu ölkələrə ixracüçün də əlavə imkanlar yaradaraq yerli iqtisadiyyatın inkişafınatöhfə verir.
Qeyd edək ki, “McDonald’s Azərbaycan” yerli istehsalçılarlaəməkdaşlığını genişləndirməyə davam edərək, qeyri-neft sektorununinkişafına, aqrar-sənaye kompleksinin möhkəmləndirilməsinə və yeniiş yerlərinin yaradılmasına töhfə verir.