RU

"Siti" "Fənərbaxça"nın istədiyi futbolçuya razılıq verdi

“Mançester Siti” rekord məbləğə “Aston Villa”dan transfer etdiyi Qrealişi klubdan göndərmək istəyir. Metbuat.az xəbər verir ki, futbolçunun klubla daha iki il müqaviləsi var. Məlumata görə, futbolçu “Mançester Siti”nin Klublararası Dünya Kuboku üçün heyətində də yer almayıb. Hazırda futbolçunun transfer dəyərinin 50 milyon avro olduğu bildirilir. “Mançester Siti” futbolçunu icarə əsasında göndərə bilər. “Daily Mail”in məlumatına görə, Qrealişin “Aston Villa”ya mümkün qayıdışı müzakirə olunur. Futbolçunun adı "Fənərbaxça" ilə də hallanıb.

Qeyd edək ki, Qrealiş 2021-ci ildə o vaxt Britaniya üçün rekord hesab olunan 100 milyon funt-sterlinqə “Aston Villa”dan “Mançester Siti”yə transfer edilib.

Избранный
8
metbuat.az

1Источники