RU

Daha 746 keçmiş məcburi köçkün ailəsi dədə-baba yurduna qovuşacaq

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıqişləri uğurla davam etidirilməkdədir. Bu işlər çərçivəsində keçmişməcburi köçkünlərin də hissə-hissə doğma yurdlarına qayıdışı təminedilir.

Trend-inməlumatına görə, bu ilin sonunadək daha 746 məcburi köçkünailəsinin dədə-baba yurdlarına qayıdışı baş tutacaq.

Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə DövlətKomitəsi Xocavənd rayonu Xocavənd kəndi, Xocalı rayonu Seyidbəyli,Şuşakənd, Badara, Xanabad, Xanyurdu, Təzəbinə kəndlərinə, Ağdərərayonu Həsənriz kəndinə 746 məcburi köçkün ailələrinin köçürülməsiilə bağlı müvafiq işləri yekunlaşdırıb.

Dövlət Komitəsi sözügdən işləri “Pelican Service” MMC-yə həvaləedib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 709 191 manat ödənilib.

Qeyd edək ki, bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında yenidən tikilən və ya bərpaolunan evlərinə qayıdankeçmiş məcburi köçkünlərin sayı 15 minə (3 721 ailə) çatıb.Məlumata görə, dövlət qurumlarının yeni qurulmuş bölmələrində,genişmiqyaslı yenidənqurma və bərpa işlərində çalışanları da nəzərəalsaq, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındaməskunlaşan əhalinin sayı 44 minə yaxındır.

Избранный
10
az.trend.az

1Источники