RU

Daha iki cüdoçumuz mübarizəyə qoşulur - DÇ

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün daha iki cüdoçumuz mübarizəyə qoşulacaq.

Vüqar Talıbov və Elcan Hacıyev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq. V.Talıbov 1/32 finalda gürcüstanlı Luka Maysuradze ilə qarşılaşacaq. E.Hacıyev isə 1/16 finalda Nurbek Murtuzoev (Özbəkistan) - Remi Feullet (Mavriki) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Hələlik cüdoçularımızdan yalnız Zelim Tçkayev bürünc medal qazanıb.

Избранный
12
8
football-plus.az

10Источники