RU

Azərbaycanın daha iki cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə Vüqar Talıbov (90 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) qüvvələrini sınayacaqlar.

V.Talıbov 1/32 finalda Luka Maysuradzeni (Gürcüstan), E.Hacıyev 1/16 finalda Nurbek Murtuzoyev (Özbəkistan) / Remi Feullet (Mavriki) cütünün qalibini sınağa çəkəcək.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Yığma üzvlərindən Zelim Tçkayev (81 kiloqram) ötən gün bürünc medal qazanıb.

 

Избранный
20
azertag.az

1Источники