RU

“Real Madrid”in sabiq futbolçusu İngiltərədə klub alır

BAKI, 17 iyun. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid”in sabiq futbolçusu Qaret Beyl İngiltərənin “Pilumut” klubunun həmtəsisçilərindən biri ola bilər.

Teleqraf “The Telegraph”a istinadən xəbər verir ki, 36 yaşlı uelsli futbolçu, ingilis klubunu almaq niyyətində olan Amerika özəl investisiya qrupunun rəhbərlərindən biri kimi seçilib.

Qaret Beylin komandadakı rolu, xorvatiyalı Luka Modriçin daha əvvəl səhmdarı olduğu “Suonsi”dəki roluna bənzər ola bilər.

Bir neçə mənbə təsdiqləyib ki, Beyllə əməkdaşlıq edən Amerika investisiya qrupu hazırda klub üzərində tam nəzarəti ələ keçirmək üçün danışıqlar aparır.

Ötən mövsüm “Pilumut” Çempionşipdən İngiltərə I Liqasına düşüb.

Xatırladaq ki, Qaret Beyl 2013 - 2020, 2021-2022-ci illərdə “Real Madrid”də çıxış edib. O, karyerasını 2023-cü ilin yanvarında bitirib.

Qeyd edək ki, son illərdə Amerika investisiya şirkətləri İngiltərə klublarını alarkən tanınmış simalarla əməkdaşlıq etməyə üstünlük verirlər. Luka Modriçin “Suonsi”yə gəlişi, NFL ulduzu Tom Bredlinin “Birmingem”in səhmlərinin bir hissəsini alaraq klubun həmtəsisçisi olmasından sonra baş verib. ABŞ-ın tanınmış qolfçuları Cordan Spit və Castin Tomas da “Lids”in səhmlərini əldə etmişdilər.

Избранный
21
teleqraf.com

1Источники