RU

“Onun ora getməsi məni təəccübləndirdi, bunu gözləmirdim”

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix Münhen klubunun transfer bazarında təsirli olmadığını düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Klubdan planların nə olduğunu soruşmalı olacaqsız. Təbii ki, Florian Virtsin olmayacağını, Leroy Sane və Tomas Müllerin getdiyini nəzərə alsaq, nəsə edə biləcəyimiz hiss olunur.

Sanenin Türkiyəyə getməsi məni təəccübləndirdi. Mən bunu gözləmirdim. Amma bu, onun qərarıdır və onun öz səbəbləri var”.

Daha əvvəl yarımmüdafiəçi Florian Virtsin “Bayer”dən (Leverkuzen) “Liverpul”a keçəcəyi məlum olub.

Tomas Müller Klublararası dünya çempionatından sonra Münhen klubunu tərk edəcək.

29 yaşlı yarımmüdafiəçi Leroy Sane isə “Qalatasaray”a transfer olunub.

Избранный
9
sportinfo.az

1Источники