RU

Davamlı ağrılarınız varsa... -Professordan xəbərdarlıq


Türkiyəli travmatoloq Prof.Dr.Burçin Keçeci sümük şişlərinin nadir görülsə də həm uşaqlıqda, həm də yetkinlikdə rast gəlinə bilən bir sağlamlıq problemi olduğunu bildirib.

Medicina.az xəbər verir ki,Keçeci, ən çox rast gəlinən əlamətin "davamlı ağrı" olduğunu vurğulayıb:



“Xüsusilə gecə saatlarında artan və uzun müddət davam edən ağrılar adi bir idman zədəsi olmaya bilər. Bu cür şikayətləri olanlar mütləq ortopedə müraciət etməlidir. Diaqnoz prosesində əvvəlcə rentgen çəkilir, daha sonra lazım olarsa MRT ilə daha ətraflı müayinə edilir".

Həkim sümük şişlərinin yaxşı və bədxassəli olaraq iki qrupa bölündüyünü əlavə edib:

"Xoşxassəli şişlər yalnız olduğu yerdə qalır, bədxassəli şişlər isə bütün bədənə yayılma riski daşıyır və həyat üçün təhlükə yarada bilər. Bu səbəbdən şişin növü və yayılması mütləq aydınlaşdırılmalıdır. Gecə ağrılarınız sizi yuxudan oyadırsa, bu həyəcan siqnalıdır. Erkən diaqnoz müalicənin müvəffəqiyyətini artırır, ona görə də vaxt itirmədən bir mütəxəssisə müraciət edin" .

Aygün
Medicina.az


Избранный
12
1
medicina.az

2Источники