RU

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb. R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Избранный
4
2
operativmm.az

3Источники