RU

İranın da öz Çernobılı olacaqmı? – Ekspert

İranda yerləşən nüvə zavodlarına və ya nüvə materiallarının saxlanma yerlərinə edilən zərbələrdən əsas təhlükə ərazinin radioaktiv çirklənməsidir.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı radiobioloq Yelena Parenyuk bildirib.

Onun sözlərinə görə, əgər zərbə zamanı aktiv nüvə reaksiyası baş vermirsə, ciddi radioaktiv maddə sızması olmayacaq və söhbət yalnız lokal çirklənmədən gedə bilər:

“Mən sevinclə yazılan şərhlər gördüm ki, guya radioaktiv bulud Astarxan istiqamətinə gedəcək. Amma həmin buludun ora çatması inandırıcı deyil, baxmayaraq ki, müəyyən çirklənmə mümkündür. Nəticələr partlayışın gücündən və radioaktiv hissəciklərin havaya nə qədər yüksək qalxmasından asılıdır. Bu hissəciklər küləklə yayıla, sonra yerə çökə bilər. Partlayışlar kifayət qədər güclü idi, buna görə müəyyən səviyyədə çirklənmə qeydə alına bilər.

Hazırda radiasiya səviyyələri insanların sağlamlığı üçün təhlükə yaratmır, xüsusilə də partlayışın episentrindən uzaqda olanlar üçün. Radiasiya səviyyəsi davamlı olaraq monitorinq stansiyaları vasitəsilə qeydə alınır, belə stansiyalar Ukrayna ərazisində də fəaliyyət göstərir”, – deyə alim bildirib.

Alimin sözlərinə görə, bu stansiyalar çox dəqiqdir və havadakı ayrı-ayrı radionuklidləri belə aşkar edə bilir. O qeyd edir ki, bombardmanlardan sonra yayılan radiasion elementlər bu stansiyalar tərəfindən aşkar ediləcək, lakin radiasiya dozasının aşağı olacağını proqnozlaşdırır.

Alim vurğulayıb ki, İrandakı nüvə obyektlərinə edilən zərbələr Çernobıl kimi qlobal fəlakətə səbəb ola bilməz.

Qeyd edək ki, İsrail İrana hücumları zamanı əsasən hərbi və nüvə obyektlərinin infrastruktruna zərbələr endirir.

Избранный
4
2
konkret.az

3Источники