RU

ABŞ-ı İranın nüvədən imtina etməsini, yoxsa rejimin dəyişməsini istəyir?- Tural İrfan yazır

Təbii ki, İsrailin əsl hədəfi İranda maksimum rejim dəyişikliyinə nail olmaqdır. Elə ABŞ ilə İranın "nüvə danışıqları"nın başa çatmasını gözləmədən hücuma keçmək də əsl məqsədin nüvədən imtina etmək olmadığını ortaya qoyur.
ABŞ-ı İranın nüvədən imtina etməsində maraqlı idi, lakin rejimin dəyişməsindəki qətiyyəti müşahidə olunmur. Çünki regionda və Yaxın Şərqdə müəyyən planların icrasında hazırki İran rejimi ABŞ-a lazımdır. Həmçinin rejim dəyişdiyi halda İranın durumu ilə bağlı İsraillə ABŞ arasında konkret yekdil, müştərək plan yoxdur. Hətta bəzi məsələlərdə İsraillə ABŞ liderinin yanaşmalarında ziddiyət var. Donald Tramp rejimlərə toxunmadan bac almağın tərəfdarıdır. İsrail isə öz təhlükəsizliyini önə sürərək İran və Suriyadakı hakimiyyətləri özünə təhdid görür. İran rejiminin devrilərək dövlətin bölünməsini, Urmiya da daxil olmaqla kürd dövlətinin yaranmasını istəyir. Güney Azərbaycan əhalisinin isə azad olaraq dövlət qurmasını Türkiyəni daha da güclənirəcək amil kimi qiymətləndirir. Ona görə Urmiya kimi ərazilərin kürdlər üçün nəzərdə tutulan İsrailyönlü dövlətə verilməsi ilə Güney Azərbaycan üçün də keçmiş Qarabağ problemi kimi bir münaqişə ocağı təsis etməyi planlaşdırır. İranda qurulacaq kürd dövləti ilə Güney Azərbaycanı toqquşduracaqlar və bu münaqişə ocağı türk birliyinə əbədi problem olacaq. Əgər İranın bu cür bölünməsi mümkün olmasa ən azı rejimin yerinə İran şahının nəvəsini gətirmək nəzərdə tutulur. ABŞ-da yaşayan şahzadənin İran xalqına müraciəti ilə Netanyahunun müraciəti dalbadal oldu və demək olar ki, ikisi də eyni mətni oxudular.
İsrail bilir ki, İranın nüvəsini məhv etsə belə İran ona qarşı başqa "nüvələr" istehsal edəcək. Yəni, İran rejimi yaranan gündən İsraildən belə zərbə almamışdı. Bunun müqabilində səssiz qalmayacaq. Odur ki, İsrail İran rejimini ən azı üç aylıq plan üzrə dəyişməyə cəhd edəcək. İranın bütün hərbi infrastrukturu ilə yanaşı mülki istehsalat obyektlərini də hədəfə alır ki, mümkün qədər iqtisadiyyat çöksün və əhali ayağa qalxsın.
İsrailin hava hücumundan müdafiə sistemlərini əsasən müsəlmanlar yaşayan bölgələrdən çəkməsi İran raketlərinin ora düşməsinə bilərək şərait yaratmaqdır. İşə ABŞ-nin də açıq şəkildə qarışması üçün bu dağıntılar və müyyən mülki insan tələfatı İsrailə lazımdır. Elə buna görə də bu gün baş nazir qeyd etdi ki, İran mülki insanları vurduğuna və yaşayış binalarını hədəf aldığına görə ağır əvəz ödəyəcək.
İran İsrailin əsasən yaşayış olmayan, sakinləri bunkerlərdə sığınacaqlarda olan binalarını vura bilirsə, İsrail dəqiq kəşfiyyat məlumatları əsasında generaliteti və nüvə alimlərini nöqtə atışı ilə evinin içində vurur. Bu o deməkdir ki, İsrail 1200 km özündən uzaqda belə zərgər dəqiqliyi ilə iş görə bilirsə demək qulağının dibindəki Həmas komandirlərini də zərərsizləşdirə və yaxud tunelləri bağlaya, Qəzzada savaşı bitirə bilərdi. Lakin məqsədli şəkildə, bunkerdə gizlənən Həmas əsgərlərini bəhanə edərək savaşı uzadır və maksimum uşaq ölümünə nail olmaq istəyir ki, gələcəkdə Həmas əsgər yetişdirə bilməsin.
Xülasə ondan ibarətdir ki, İsrail İran molla rejimini süqut etdirməmiş əl çəkməsi mümkünsüzdür. Mollaları yaralayıb buraxmaq İsrailə baha başa gələ bilər. Üç aylıq plan əsasında gedir hər şey. Yaxın günlərdə İran daxilində silahlı müxalif qrupların hərəkətə keçməsi gözlənilir. Əgər İsrail kəşfiyyatı hərbi strateji nöqtələri və komandirləri tam zərərsizləşdirməyə imkan verən şəkildə İranın içinə sızıbsa mülki əhalini də istədiyi formada təşviq edə bilər, həmçinin müxtəlif etnik qrupları hərəkətə keçirə bilər.
İranın ərəb ölkələrindəki ABŞ bazalarını hələlik vurmaması üçün Amerika açıq şəkildə İsrailə hərbi dəstək verdiyini danır. Gözləyir ki, İsrail İranın həmin bazaları vurmaq imkanını tam tükətsin və İsraildə dağıntılar və mülki ölüm halları bir qədər artsın. Bu da təqribən üç - dörd gün çəkəcək. İran hələ də ABŞ-ın nüvə danışıqlarından mədət umur və ABŞ-ını hədəf seçmir. Ancaq müəyyən müddətdən sonra ABŞ mütləq savaşa qoşulacaq və həlledici mərhələdə iştirak edəcək. Eyni zamanda hazırda Rusiyanı neytrallaşdırmaq prosesi gedir. Ukrayna məsələsində xal qazanmaq üçün Rusiya İrana kömək etmək istədiyini vurğulayır ki, onunla hesablaşıb güzəşt etsinlər. Əgər Rusiya istədiyini alarsa Əsəd rejimi kimi İran rejimini də tərk edəcək.
Tural İrfan, siyasi ekspert
Избранный
14
news365.az

1Источники