BAKI, 17 iyun. TELEQRAF
Sabirabad rayonunun Türkədi kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
ümumi sahəsi 85 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.