RU

Şoyqu üçüncü dəfə Pxenyana səfər edib

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyana gedib, burada ölkənin lideri Kim Çen In ilə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, Şoyqunun son üç ay ərzində KXDR-ə üçüncü səfəridir.

"Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə əvvəlki səfər zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində KXDR rəhbərliyi ilə danışıqlar aparmaq üçün Pxenyana gedib", - məlumatda bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
5
bakivaxti.az

6Источники