Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb...
Poliqon xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
2. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
5. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
7. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Poliqon.info