RU

Kremldə təşviş: İranın məğlubiyyəti Rusiyaya ağır zərbə olacaq

BAKI, 17 iyun. TELEQRAF

İsrail və İran arasında davam edən münaqişə fonunda Rusiyada mümkün geosiyasi itkilər qorxusu artır.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

ABŞ nəşri bildirir ki, Rusiya elitası hazırkı eskalasiyanın Moskvanın Yaxın Şərqdəki əsas müttəfiqi İran üçün fəlakətə çevrilə biləcəyini anlayır. Rusiyalı deputat Konstantin Zatulin etiraf edib ki, vəziyyət Moskva üçün təhlükəli istiqamətdə inkişaf edir.

Münaqişə İsrailin İranın nüvə obyektlərini kütləvi şəkildə bombalaması və Silahlı Qüvvələrin komandirlərinin öldürülməsi ilə başlayıb. Kreml əvvəlcə bunu diplomatik manevr üçün fürsət kimi qiymətləndirsə də, baş verənlər əks istiqamətdə cərəyan edir.

Rusiyalı analitik və ideoloq Konstantin Malofeyev deyib:

“Yalnız Putin və Tramp arasında keçiriləcək sammit dünyanı fəlakətdən xilas edə bilər. Amerikalıların Ukraynanı bizə buraxmasının vaxtı çatıb”.

Ekspert təklif edib ki, Rusiya ABŞ-nin güzəştləri müqabilində Tehranı nüvə sazişi üzrə danışıqlara qaytarmaq üçün İranla uzunmüddətli əlaqələrindən istifadə edə bilər:

“Ən böyük təhlükə böhranın istənilən həllinin Rusiyanın regiondakı mövqeyini riskə atmasıdır. Netanyahu İranda rejim dəyişikliyinə səbəb ola bilsə, yeni hökumət çətin ki, Moskva ilə indiki İran rejimi qədər dostluq etsin. Rejim hücumlara tab gətirsə belə, Yaxın Şərqdə nüvə silahı yarışı başlayacaq ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Burada Rusiyanın qalib gələcəyini düşünmək çətindir. Suriyada mövqelərin itirilməsi fonunda İranın məğlubiyyəti daha böyük zərbə olacaq”.

Избранный
11
teleqraf.com

1Источники