RU

Trampdan Vaşinqtona təcili dönüş – Milli Təhlükəsizlik Şurası toplanır

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə fövqəladə Milli Təhlükəsizlik Şurası (MTŞ) iclasının keçirilməsi barədə göstəriş verib.

Bu barədə "Fox News" telekanalının tanınmış jurnalisti Lourens Cons "X" sosial şəbəkəsində paylaşım edib.

Jurnalistin yazdığına görə, Tramp hazırda Kanadada "Böyük Yeddilik" (G7) ölkələrinin liderləri ilə rəsmi şam yeməyində iştirak edir. Lakin şam yeməyi bitər-bitməz Vaşinqtona qayıdacaq. Prezident Ağ Evin situasiya otağında MTŞ üzvlərinin dərhal toplaşmasını tələb edib.

Hazırda iclasın gündəliyi və səbəbi açıqlanmasa da, müşahidəçilər bunu regional və ya beynəlxalq təhlükəsizlik məsələləri ilə əlaqələndirirlər. Gözlənilir ki, Trampın dönüşü və iclasın nəticələri yaxın saatlarda mətbuata açıqlanacaq.

CNN isə mənbələrinə istinadən xəbər verib ki, Donald Tramp administrasiyasına İran rəsmiləri ilə tez bir zamanda görüş keçirməyə çalışmağı əmr edib.

Избранный
3
1
far.az

2Источники