RU

“Sabah”ın Avroliqadakı rəqibi bu gün müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasının 2025/2026 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.

“İki sahil” xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq tədbirdə Azərbaycan Kubokunun son qalibi “Sabah” klubunun da rəqibi bəlli olacaq.

Təmsilçimiz püşkatmaya “səpələnməmişlər” səbətindən qatılacaq. Bu isə o deməkdir ki, “Sabah” daha reytinqli komandaların yer aldığı “səpələnmişlər” səbətindəki 8 klubdan biri ilə üz-üzə gələcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları 10 və 17 iyul tarixlərində keçiriləcək.

Yarışın final qarşılaşması isə 2026-cı il mayın 20-də İstanbulun “Beşiktaş Park” stadionunda baş tutacaq.

"Sabah"ın potensial rəqibləri:

"Şaxtyor" (Donetsk, Ukrayna)

"Legiya" (Polşa)

"Partizan" (Serbiya)

"Şerif" (Moldova)

ÇFR (Rumıniya)

"Hapoel Beer Şeva" (İsrail)

"Çelye" (Sloveniya)

"Spartak" (Trnava, Slovakiya)

Избранный
8
2
ikisahil.az

7Источники