RU

“Komo”dan 17 milyonluq transfer

İtaliyanın “Komo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Dinamo”dan (Zaqreb) Martin Baturinanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Komo” xorvatiyalı yarımmüdafiəçi üçün 17 milyon avro ödəyəcək.

22 yaşlı futbolçu başa çatan mövsümdə Xorvatiya çempionatında 33 oyunda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.

Избранный
23
futbolpress.az

1Источники