RU

Almaniya İsrail və İrandan 5 min insanı təxliyə edəcək

İsraildən təxliyə siyahılarında təxminən 4000, İrandan isə minə yaxın Almaniya vətəndaşı var. Müxtəlif variantlar müzakirə olunur, lakin hələlik yekun qərar verilməyib. Vətəninfo.az-ın  Deutsche Welle- yə istinadən verdiyi məlumata görə , bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu siyahılar hal-hazırda İsrail və İranda nə qədər Almaniya vətəndaşının olması barədə tam təsəvvür yaratmır, çünki onların çoxu haqqında məlumat saxlanılmır. Xarici İşlər Nazirliyi həmin ölkələrdəki bütün Almaniya vətəndaşlarını müvafiq siyahılar üzrə qeydiyyatdan keçməyə çağırıb. Hazırda hava ilə təxliyə mümkün olmadığı üçün bütün variantlar nəzərdən keçirilir, lakin yekun qərar hələ qəbul edilməyib”, – deyə məlumatda bildirilir.

Избранный
6
veteninfo.az

1Источники