RU

İranın xarici işlər naziri avropalı həmkarları ilə kollektiv danışıqlar aparıb

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa liderləri ilə kollektiv danışıqlar aparıb...

Poliqon xəbər verir ki, Əraqçi danışıqların ortasında İsrailin İrana qarşı təcavüzünü diplomatiyaya misli görünməmiş zərbə kimi qiymətləndirib və Avropa ölkələrini sionist rejimin təcavüzünü pisləməyə çağırıb.

O, vurğulayıb ki, İranın təcavüzə qarşı qanuni müdafiəsi güc tətbiqi ilə davam edəcək və müharibənin hər cür genişlənməsinin nəticələrinə görə məsuliyyət sionist rejim və onun havadarları və himayədarlarının üzərinə düşəcək.

Əraqçi əlavə edib: İsrail Amerikanın dəstəyi, yardımı və əməkdaşlığı ilə İran xalqına qarşı bu müharibəyə başlayıb və buna görə də biz Amerikanı bu vəziyyətə görə məsuliyyətli və törədilən cinayətlərə şərik hesab edirik.

İranın xarici işlər naziri həmçinin qeyd edib ki, Tehran heç vaxt danışıqlar masasını tərk etməyib, lakin hazırda əsas diqqəti təcavüzə qarşı effektiv mübarizəyə yönəldir.

Üç Avropa ölkəsi və Aİ-nin xarici siyasət komissarı da hazırkı vəziyyətdən təəssüfləndiklərini və İsrail rejiminin hücumları nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib, gərginliyi azaltmaq üçün diplomatiyadan istifadə etməyin vacibliyini vurğulayıblar və bu istiqamətdə öz rollarını oynamağa hazır olduqlarını bildiriblər.

Poliqon.info 

Избранный
13
poliqon.info

1Источники