Birləşmiş Ştatların Silahlı Qüvvələri Yaxın Şərqdə müdafiə mövqeyi tutur...
Poliqon xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
O qeyd edib ki, ABŞ İran ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə çalışır.
"Biz sülh sazişi axtarırıq. Biz, şübhəsiz ki, bunun baş verəcəyinə ümid edirik", Heqseth deyib.
O əlavə edib ki, Ağ Ev rəhbəri Donald Tramp hələ də İranla İslam Respublikasının nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyir və ABŞ prezidentinin bu məsələdə mövqeyi dəyişməyib.
Poliqon.info