RU

Trampdan sərt çağırış: “Hamı dərhal Tehrandan çıxsın!” – “İran razılaşmalı idil!” -TƏCİLİ!

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yaydığı bəyanatla növbəti dəfə İran rəhbərliyinə və dünya ictimaiyyətinə açıq mesaj göndərib.

O, İranı nüvə silahı əldə etmək cəhdlərinə görə ittiham edib və vəziyyətin artıq təhlükəli həddə çatdığını bildirib:

"İran mənim onlara imzalatmaq istədiyim 'sazişi' qəbul etməli idi. İndi isə hər şey utancverici və insan həyatının boşa getməsi ilə nəticələnir. Sadəcə olaraq: İran nüvə silahına sahib ola bilməz. Mən bunu dəfələrlə təkrar etmişəm!"

Tramp daha sonra ciddi xəbərdarlıq edərək bütün xarici ölkə vətəndaşlarını Tehrandan dərhal çıxmağa çağırıb:

"Hər kəs dərhal Tehrandan evakuasiya olunmalıdır!"

Bu açıqlama açıq -aydın şəkildə Tehranın və digər şəhərlərin amansızcasına bombalanacağının anonsudur.

Bu barədə İsrali Baş naziri Netanyahu da saatlar öncə açıqlama vermişdi. O, demişdi ki, Tehranı yer üzündən siləcək.

Bu açıqlama İranda onsuz da yüksək olan panikanı daha da artırıb. Musavat.com -a daxil olan məlumata görə, hər kəs tələm - tələsik Tehranı tərk edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
4
olaylar.az

5Источники