RU

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Roma, 17 iyun, AZƏRTAC

İtaliyanın Veneto və Emiliya-Romanya bölgələrində hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, aramsız leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində Veneto regionunun Kador qəsəbəsinə gedən yollar bağlanıb. Güclü yağış qəsəbə yollarında palçıq axınına səbəb olub. Mülki müdafiə qüvvələri köməksiz qalan insanları xilas ediblər.

Veneto regionunun rəhbəri Luka Zaya bölgədə fövqəladə vəziyyət elan edib. Yarım saat ərzində qəsəbəyə 50 millimetr yağıntı düşdüyü bildirilib.

Emiliya-Romanya regionunda isə daşqın və tufan nəticəsində Verona və Viçensa bölgələri arasında qatarların hərəkəti dayandırılıb. Milan və Venesiya arasında isə yüksək sürətli qatarın hərəkəti ləngiyib və bəziləri ləğv edilib. Güclü dolu Parmada daşqına səbəb olub, zəmilərdə məhsullara ziyan vurub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
3
azertag.az

4Источники