RU

ABŞ prezidenti: Hər kəs təcili olaraq Tehrandan təxliyə olunsun

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp hər kəsi dərhal İranın paytaxtını tərk etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran mən dediyim "sövdələşməni" imzalamalı idi. Bu biabırçılıq və boş yerə insanların həyatlarını itirməsidir. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hər kəs dərhal Tehrandan təxliyə olunmalıdır!" - paylaşımda qeyd olunub.

ABŞ lideri bu sözlərinin mənasını açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
oxu.az

1Источники