RU

“Fernandu Santuş bizə deyir ki, komanda olaraq qol buraxmayaq”

“Nəyi dəyişməli və üzərində daha çox işləməli olduğumuza baş məşqçimiz qərar verəcək”.

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Cəlal Hüseynov deyib.

22 yaşlı müdafiəçi evdə Macarıstana 1:2 hesabı ilə uduzduqları yoxlama oyununu belə dəyərləndirib:

“Fernandu Santuşun ən çox vurğuladığı məqam isə budur: komanda olaraq qol buraxmayaq. Çünki qol buraxmasaq, uduzmarıq.

Belə olan halda isə sürətli hücumlara çıxaraq qələbə qazana bilərik.

Yaxşı oyun keçirdik. Sona qədər mübarizə apardıq. Çətin rəqib olduğunu əvvəldən bilirdik.

Məncə, layiqli mübarizə göstərdik. Hesabda geri düşməyimizə baxmayaraq oyundan qopmadıq.

Bəlkə də son dəqiqələrdə hesabı bərabərləşdirə bilərdik, amma təəssüf ki, alınmadı”.

Избранный
12
sportinfo.az

1Источники