RU

“Qaçmayan və hər şeyini verməyənlər bu komandada oynamayacaq!”

“Real”ın yeni baş məşqçisi Xabi Alonso komandasının oyunçularından meydanda hər şeylərini vermələrini tələb etdiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Qaçmayan və hər şeyini verməyənlər oynamayacaq! Adlar önəmli deyil.

Sadəcə durub topun sənə verilməsini gözləmək lazım deyil ki, qol vura biləsən. Hər top üçün qaçmaq lazımdır”.

İspaniyalı mütəxəssis daha əvvəl Madrid klubunun baş məşqçisi postunda Karlo Ançelottini əvəzləyib.

Komanda yeni baş məşqçinin rəhbərliyi altında ilk dəfə iyunun 18-də, Klublararası dünya çempionatı çərçivəsində “Əl-Hilal”la oyunda çıxış edəcək.

Избранный
32
sportinfo.az

1Источники