MİNGƏÇEVİR, 17 may. TELEQRAF
Mingəçevirdə baş verən zəncirvari yol qəzasında 3 maşın biri-birinə çırpılıb.
Teleqraf-ın yerli bürosunun verdiyi xəbərə görə hadisə Heydər Əliyev prospektində, 2 saylı orta məktəbin yaxınlığında baş verib.
Qəzada avtomobillər ciddi zərər görüb,müxtəlif bədən xəsarətləri alan bir nəfər kişi yaralı isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.