Musavat.com xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemi çərçivəsində havaya buraxdığı raketlərdən biri texniki nasazlıq səbəbilə hədəfini yayındıraraq birbaşa Tel-Əviv ərazisinə düşüb.
Yerli media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə nəticəsində şəhərdə partlayış səsi eşidilib. Hadisənin dəqiq nəticələri və xəsarət alanların olub-olmadığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hadisə İsrailin hava hücumundan müdafiə sistemində texniki risklərin mövcudluğunu bir daha gündəmə gətirib. Təhlükəsizlik orqanları raketin trayektoriyasını və nasazlığın səbəbini araşdırmağa başlayıb.
Musavat.com