RU

"Fənərbaxça"nın da istədiyi futbolçu "Everton"un hədəfində

Kayl Uolker "Everton"a keçə bilər.

Sportal.az xəbər verir ki, Fabrtsio Romanonun məlumatına görə, Liverpul klubu "Mançester Siti"nin müdafiəçisini transfer etməkdə maraqlıdır və artıq futbolçunun tərəfi ilə əlaqə yaradıb. Lakin hələlik "şəhərlilər"lə rəsmi danışıqlar aparılmayıb.

Qeyd olunur ki, 35 yaşlı futbolçu "Siti"nin gələcək mövsüm planlarında yer almır. Uolkerlə həmçinin, "Fənərbaxça" klubunun da maraqlandığı qeyd olunur.

Uolker fevral ayından etibarən icarə əsasında "Milan"da çıxış edib və İtaliya təmsilçisinin heyətində 14 oyuna çıxıb.

saytlarin hazirlanmasi

Избранный
15
1
sportal.az

2Источники