RU

Qərbdən Rusiya ilə bağlı yeni qərar

Avropa Şurası (AŞ) Krımın işğalına cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyaların müddətini 2026-cı il iyunun 23-nə qədər uzadıb.


News365.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.


“Hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib. Bura qeyri-qanuni ilhaq edilmiş Krım və ya Sevastopoldan gələn malların Avropa Şurasına idxalına, həmçinin Krım və ya Sevastopoldan infrastruktur və ya maliyyə investisiyaları, turizm xidmətlərinə qadağa daxildir”, - məlumatda qeyd olunub.

Избранный
13
1
news365.az

2Источники