RU

İndi “Real”da rahat deyil – Sırf Mbappeyə görə

“Real”ın hücumçusu Rodriqo Səudiyyə Ərəbistanına transfer oluna bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının iki top-klubu – “Əl-Hilal” və “Əl-Nəsr” 24 yaşlı futbolçunu transfer etməkdə ciddi şəkildə maraqlıdır.

Bildirilir ki, Rodriqo Kilian Mbappenin komandaya gəlişindən sonra özünü rahat hiss etmir və bu da onun ayrılmaq istəyinə səbəb ola bilər.

Bununla yanaşı, “Arsenal” da braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. Ancaq “Real” Rodriqonu satmaq niyyətində deyil.

Rodriqo 2024/25 mövsümündə bütün turnirlərdə 51 oyuna çıxaraq, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Избранный
34
sportinfo.az

1Источники