RU

İran yeni taktikaya keçdi: Azərbaycan Ordusunun metodu… VİDEO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, İran–İsrail qarşılıqlı olaraq hədəflərə hava zərbələri endirirlər. İsrail ordusu İranın raket buraxılış qurğularını vurduğunu açıqlayaraq, videogörüntüləri paylaşıb.

Globalinfo.az xəbər verir ki, Teleqram kanalında yayımlanan videolardan birində İran ordusunun yeni taktikaya keçdiyi bildirilib.

Qeyd edilir ki, İsrailin vurduğu raket buraxılış sisteminin saxta hədəf olduğu üzə çıxıb.

Xatırladaq ki, Azərbaycan Ordusu 44 günlük müharibədə “Kukuruznik”lərdən saxta hədəf kimi istifadə edərək, Ermənistan HHM-lərinin yerini müəyyən etmişdi.

Saxta hədəflərdən xüsusən II Dünya müharibəsində aktiv istifadə edilmişdi. Birinci Körfəz müharibəsi zamanı (1991-ci il) İraqın ovaxtkı prezidenti Səddam Hüseyn də saxta hədəflə ABŞ və müttəfiqlərini aldatmışdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
globalinfo.az

1Источники