RU

Bakıda tapşırıq verildi: Növbə rayonlardadır... Yeni cərimələr gəlir?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən gün bəzi rayonlarda “Son zəng” mərasimlərinin şou xarakteri alması tənqid obyekti olub. Vətəndaşlar müəyyən tədbirlərin musiqiçilər, heyvan kəsimi, bəzədilmiş kortejlərlə birlikdə, adətən toy məclislərini xatırlatdığını bildiriblər. Paytaxt məktəblərində bu cür halların qarşısı inzibati nəzarətlə alınsa da, regionlarda vəziyyətin fərqli olduğu vurğulanır.

Elm və Təhsil Nazirliyi bölgələrə niyə nəzarət edə bilmir? “Son zəng” tədbirləri nə zaman təmtəraqdan kənar qeyd olunacaq?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bəzi rayonlarda keçirilən “Son zəng” tədbirləri təkcə təhsilin yox, ictimai davranış mədəniyyətinin ciddi şəkildə pozulduğunu sübut edir:

“Belə günlərin toy şənliklərini xatırlatması, estrada konsertləri, hətta heyvan kəsimi ilə müşayiət olunması göstərir ki, burada ideoloji boşluq da var. “Ümumi təhsil haqqında” Qanunun 4.1-ci maddəsində təhsilin məqsədi şəxsiyyətin formalaşması, vətəndaşlıq tərbiyəsi və sosial-mədəni inkişaf kimi qeyd olunur. Lakin bu cür tədbirlər məktəbləri kommersiya və nümayiş məkanına çevirir, müəllim–şagird münasibətlərini kölgədə qoyur. Bakıda əvvəlcədən verilmiş təlimatlar və monitorinqlərlə bu halların qarşısı alınsa da, regionlarda nəzarət zəifdir. 2023-cü ildə Elm və Təhsil Nazirliyinin monitorinq nəticələrinə əsasən, Bakıda təlimatlara əməl olunma səviyyəsi 92 faiz olduğu halda, regionlarda bu göstərici cəmi 63 faiz təşkil edib. Yəni təhsil sahəsində eyni sənəd və göstərişlər müxtəlif bölgələrdə eyni ciddiyyətlə icra olunmur”.

Kamran Əsədov

Ekspert bildirib ki, əsas səbəblərdən biri yerli təhsil idarəetmələrinin məsuliyyətsizliyi və bəzən yerli icra nümayəndələrinin dəbdəbəli tədbirlərə təşviqidir:

“Valideynlərin xərcləri qarşılanması da sosial bərabərsizliyi artırır. Düşünürəm ki, davamlı nəticə əldə etmək üçün inzibati nəzarət gücləndirilməli, məktəb rəhbərliklərinə konkret məsuliyyət yüklənməli və cəza mexanizmləri tətbiq olunmalıdır. Məktəb tədbirləri şouya çevrilmək əvəzinə, təhsil dəyərlərini gücləndirməyə xidmət etməlidir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
globalinfo.az

2Источники