İtaliyanın “Latsio” klubu hücumçusu Pedro ilə müqaviləni 2026-cı ilin yayına qədər uzadıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb.
37 yaşlı forvard ötən mövsüm heç bir yaşlanma əlaməti göstərmədən uğurlu oyun sərgiləyib və bu səbəbdən klub onunla əməkdaşlığı 1 il müddətinə davam etdirmək qərarına gəlib.
“Barselona” və “Çelsi”nin sabiq oyunçusu Pedro Çempionatda 30 oyunda 10 qol vuraraq komandanın ən məhsuldar oyunçularından biri olub. Həmçinin, Avropa Liqasında 12 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.