RU

Tehrandakı alimlər Bakıdan Moskvaya uçublar

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail-İran münaqişəsinin kəskinləşməsi ilə əlaqədar 12 rusiyalı alim Tehranı tərk edərək Moskvaya gəlib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu gün Qorçakov Fondunun elmi nümayəndə heyətinin 12 üzvü Bakıdan Moskvaya gəlib", - məlumatda qeyd olunub. 

Bildirilir ki, alimlər iyunun 12-dən 14-dək Tehranda keçirilən “BRİKS Təhsil Ekspedisiyası”nda iştirak etmək üçün gediblərmiş. Onların geri qaytarılması fondun koordinasiyası ilə baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
3
unikal.az

10Источники