RU

“Antonellinin podiumu onun üçün möhkəm stimul olacaq”

Dördqat və hazırkı dünya çempionu Maks Ferstappen “Mercedes” pilotu Andrea Kimi Antonellinin Formula 1-də ilk dəfə podiuma qalxmasına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Reuters" təcrübəli pilotçunun dediklərini belə çatdırıb. 

“Onun kartinq karyerasından bəri yüksəlişini izləyirdim. İnsanlar artıq o vaxtdan onun haqqında çox yaxşı fikirlər səsləndirirdilər, buna görə də onun inkişafına xüsusi diqqət yetirirdim. Təbii sürətə sahib olması təsiredicidir. Onun sakit və balanslı yanaşmasını çox bəyənirəm – bu, əla keyfiyyətlərdir.

Onun bu mövsüm podiuma qalxacağına heç vaxt şübhə etməmişdim. Onun üçün çox sevinirəm. Bu nəticə pilota özünəinam qazandırır, bu yaxşı stimuldur – davamı daha da yaxşı olacaq”

Bu yarışdan əvvəl Antonellinin ən yaxşı nəticəsi Formula 1-dəki debüt yarışında - Avstraliya Qran Prisində dördüncü yer olub.

Andrea Kimi Antonelli 63 xalla şəxsi hesabda yeddinci yerdədir. Avstraliyalı McLaren pilotu Oskar Piastri 198 xalla çempionata başçılıq edir.

Избранный
54
90deqiqe.az

1Источники