RU

Rusiya XİN vətəndaşlara İranı “Astara” sərhəd-keçid məntəqəsi ilə tərk etməyə çağırıb

Rusiya vətəndaşları İrandan quru yolu ilə “Astara” sərhəd-keçid məntəqəsindən Azərbaycana keçə bilərlər.

"Report"un xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

"İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları bu ölkəni quru yolu ilə “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana gedə bilərlər. İsraildən isə qonşu Misirə ("Menahem Beqin/Taba" sərhəd-keçid məntəqəsi) və ya İordaniyaya (“Şeyx Hüseyn” keçid məntəqəsi) gedə bilərlər", - məıumatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyi “Azərbaycanda karantin rejimi ilə əlaqədar İranla sərhədin bağlı olmasına diqqət çəkir”.

Diplomatik qurum İsrail və İrandakı rusiyalılara hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı tövsiyə edib.

Избранный
16
10
report.az

10Источники