RU

Rusiya XİN: Rusiya vətəndaşları quru yolu ilə İrandan Azərbaycana keçə bilər

Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə quru yolu ilə İrandan Azərbaycana keçə bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İranda və İsraildə olan Rusiya Federasiyası vətəndaşları ilə bağlı yaydığı məlumatda bildirilib.

Rusiya XİN Azərbaycanda karantin rejimi ilə əlaqədar İranla sərhədin bağlı olmasına diqqət çəkib.

Qeyd olunub ki, İran-Azərbaycan sərhədini keçmək üçün birdəfəlik icazələri almaq üçün Rusiyanın Tehrandakı səfirliyinin elektron poçtuna əvvəlcədən sorğu göndərmək lazımdır.

Избранный
11
2
apa.az

3Источники