“Şamaxı” yeni mövsümün hazırlığına iyulun 5-də start verəcək. Msport.az xəbər verir ki, Ayxan Abbasovun komandası Qəbələdə toplanış keçəcək.
“Şirlər” mövsümlərarası fasilədə ilk yoxlama oyununu “Qəbələ”ə qarşı keçirəcək.
Matç iyulun 14-də Qəbələ şəhər stadionunda olacaq.