sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Droeda Yunayted" Konfrans Liqasında iştirak edə bilməyəcək. Sport24.az xəbər verir ki, İrlandiya klubunun rəsmi saytı məlumat yayıb:
"Böyük təəssüf hissi ilə bildiririk ki, İdman Arbitraj Məhkəməsinə müraciətimiz nəticəsiz qaldı. Biz bu qərarla qətiyyən razı deyilik və ədalətin və sağlam düşüncənin qalib gələcəyinə ümid edir və inanırdıq".
Qeyd edək ki, İrlandiya kubokunun sahibi kimi Konfrans Liqasına vəsiqə qazansa da qitə futbol qurumu komandanı qitəmiqyaslı turnirə buraxmayıb. Səbəb Danimarkanın "Silkeborq" klubunun və "Droeda Yunayted"in "Trivela Qrup" tərəfindən maliyyələşməsidir. UEFA-nın Əsasnaməsinə görə eyni sahibi olan iki klub maraqların toqquşmaması üçün bir turnirdə iştirak edə bilməz.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.