RU

“Sumqayıt” Belarus millisinin baş məşqçisiylə anlaşıb? açıqlandı

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Sumqayıt”ın yeni baş məşqçisini Belarusda tapdığı iddia olunur. Məlumatlara görə, “gənclik şəhəri”nin təmsilçisi bu ölkənin yığmasının çalışdırıcısı Karlos Alosa təklif göndərib. İspaniyalı mütəxəssisin yığmadakı vəzifəsini tərk edib “kimyaçılar”ın “sükanı arxasına” keçəcəyi gözlənilir. Deyilənə görə, klub 49 yaşlı çalışdırıcıyla bütün məsələlərdə razılığa gəlib.Qeyd olunanların doğru olub-olmadığı haqda məlumat almaq məqsədilə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyvə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında klubun Karlos Alosa rəsmi təklif göndərmədiyini bildirdi.Xatırladaq ki, “kimyaçılar”ın sonuncu baş məşqçisi Vaqif Cavadov olub. O, mayın 12-də istefaya göndərilib.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
icma.az

2Источники