Qazaxda evə basqın edən maskalı şəxs (və ya şəxslər) 3 nəfərə xəsarət yetirib.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Qazaxbəyli kəndində qeydə alınıb.
Maskalı şəxs (və ya şəxslər) mənzilə axşam daxil olub və ev sahibi, 1979-cu il təvəllüdlü Allahverdiyev Emin Yusif oğludan kiçik toy məclisindən yığılan pulları almağa çalışıblar.
Bu zaman ev sahibini bıçaqlayıblar, həyat yoldaşına və övladına xəsarət yetiriblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media