Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib.
Operativ Media-nın məlumatına görə, onu ölkənin müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.
Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.