RU

Peruda zəlzələ nəticəsində 36 nəfər xəsarət alıb

Peruda baş verən zəlzələdə 36 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Bu barədə iyunun 16-da Perunun Fövqəladə Hallar üzrə Milli Mərkəzi "X" sosial şəbəkəsində məlumat yayıb.

CNN telekanalının məlumatına görə, 6,1 maqnitudalı yeraltı təkanlar iyunun 15-də Lima yaxınlığındakı Kalyao limanından 30 km aralıda qeydə alınıb. Milli Seysmoloji Mərkəzi bildirib ki, yeraltı təkanların episentri paytaxt yaxınlığında olub.

Bundan başqa, zəlzələ şəhərdə torpaq sürüşmələrinə də səbəb olub.

"Cebheinfo.az" 

Избранный
10
5
cebheinfo.az

6Источники