RU

5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü

Zaqatalada 5 yaşlı uşaq “KamAz”ın altında qalaraq ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Muxax kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini 5 yaşlı Elman Məcid oğlu Sulxayev “KamAz” markalı maşının altında qalıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmuyub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov

Избранный
20
7
qafqazinfo.az

10Источники