RU

"Xamenei yatdığı otaqları tez-tez dəyişsin, çünki..." — İsraildən ölüm təhdidi

İranın ali dini lideri Əli Xamenei rahat yaşamamalı  və sağ qalmaq üçün gecələr yatdığı otaqları müntəzəm olaraq dəyişməlidir. 

Demokrat.az xəbər verir ki, bunu CBS telekanalına adının açıqlanmasını istəməyən İsrail rəsmisi deyib.

Adı açıqlanmayan İsrail rəsmisi bildirib ki, onlar prinsipcə siyasi liderlərə sui-qəsd təşkil etmirlər, bu baxımdan əsas diqqət nüvə və hərbi sahəyə məsul olan şəxslərə yönəlib.

Bununla belə o, İranın ali liderinin nüvə mövzusunda əsas qərar verənlərdən biri olduğuna diqqət çəkib.

Избранный
5
1
demokrat.az

2Источники