Bakı.Trend:
“Qarabağ” yay fasiləsi dönəmində ilk transferinireallaşdırıb.
Trend xəbər verir ki, Azərbaycan çempionu dəyəri 700 min avroqiymətləndirilən Pedro Biçalo ilə anlaşıb.
Braziliyalı dayaq yarımmüdafiəçisi artıq sabah ölkəmizə gələcək.Cənubi amerikalı tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyəimza atacaq.
Vətənində yetirməsi olduğu “Palmeyras”a məxsus oyunçu 2022-ciildə “Santa Klara”ya (Portuqaliya) icarəyə verilib.
6 aydan sonra geri qayıdıb və “Vitoriya”da çıxış edib. O, soniki mövsümü “Alverka”da keçirib.
İyunun 30-da icarə müqaviləsi bitdiyi üçün “Palmeyras”a qayıdan24 yaşlı “sambaçı“ Portuqaliyanın ikinci liqasında 33 oyuna çıxıb(21-i start heyətdə), 2 qol vurub.