RU

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə ümumilikdə 219,57 ton təzə və ya soyudulmuş şalğamaoxşar soğan, səpmə soğan, soğan-şalot ixrac edib.

Valyuta.az xəbər verir ki, bu dövrdə ixrac olunan məhsulun ümumi dəyəri 107,8 min ABŞ dolları təşkil edib. 

Azərbaycan soğanının əsas alıcıları Rusiya, Ukrayna və Gürcüstan olub.

Ən böyük həcmdə ixrac qonşu ölkə Rusiya ilə reallaşdırılıb. Bu ölkəyə 174,03 ton soğan göndərilib. Məhsulun dəyəri 91,21 min ABŞ dolları olub. Beləliklə, Rusiyaya satılan hər kiloqram soğanın qiyməti orta hesabla 1,9 dollar və ya 3,24 manat təşkil edib.

İkinci sırada Ukrayna yer alıb. Bu ölkəyə 20,9 ton həcmində soğan ixrac olunub. Ümumi dəyəri 11,66 min dollar olan məhsulun kiloqramı 1,7 dollar və ya 3,4 qəpiyə bərabər olub.

Ən az ixrac Gürcüstana qeydə alınıb. 4,94 min ABŞ dolları dəyərində 24,65 ton məhsul göndərilib. Gürcüstana satılan soğanın kiloqram qiyməti digər bazarlardan fərqli olaraq 4,9 dollar və ya 8,48 qəpik olub.

Sərvanə Rəmixanova

Избранный
31
valyuta.az

1Источники